İsveçrə prezidenti ilin sonunda vəzifəsindən gedəcək

02.10.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İsveçrə Prezidenti və Federal Şuranın üzvü Guy Parmelin ilin sonunda hökumətdəki vəzifəsindən istefa verəcəyini açıqlayıb. O, qərarını oktyabrın 2-də Bern şəhərində keçirdiyi mətbuat konfransında elan edib.

66 yaşlı Parmelin 2015-ci ildə İsveçrə Federal Şurasına seçilib və 2019-cu ildən İqtisadiyyat, Təhsil və Tədqiqat Departamentinə rəhbərlik edir. O, 2026-cı ildə İsveçrə Konfederasiyasının prezidenti seçilib. İsveçrədə prezidentlik birillik müddətə Federal Şura üzvlərindən birinə həvalə olunur.

Parmelinin istefasından sonra onun Federal Şuradakı yerinə yeni üzv seçiləcək. İsveçrə qanunvericiliyinə əsasən, Federal Şura üzvləri istefa qərarlarını özləri verə bilirlər və boşalan yer üçün seçki parlamentin növbəti sessiyasında keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью