İsveçrə Prezidenti sülh danışıqlarına ev sahibliyi təklif etdi

02.09.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveçrə Prezidenti Karin Keller-Satter Ukrayna üzrə danışıqların Cenevrədə keçirilməsini təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Berlində Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransı zamanı danışıb.

"İsveçrə danışıqlara ev sahibliyi etməyə, öz təcrübəsini bölüşməyə və sülh yolu ilə həllin axtarışını dəstəkləməyə hazırdır", - prezident qeyd edib.

Merts də Karin Keller-Satterin fikirlərini dəstəklədiyini və Cenevrəni atəşkəs sazişinin bağlanması üçün uyğun yer hesab etdiyini söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью