İsveçrə Rusiya neftinin qiymətinin yuxarı həddini endirəcək

30.01.2026

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İsveçrə, Avropa İttifaqından sonra, 1 fevral tarixindən etibarən Rusiya neftinin qiymətinin yuxarı həddini barel üçün 47,6 dollardan 44,1 dollara endirəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunur ki, müvafiq qərar yanvarın 29-da verilib. Brüssel də oxşar tədbirləri yanvarın 15-də elan edib.
Qeyd edək ki, 5 dekabr 2022-ci ildə Avropa İttifaqının Rusiyadan dəniz yolu ilə neft daşınmasına qoyduğu embarqo qüvvəyə mindi. G7 ölkələri, Aİ və Avstraliya dəniz yolu ilə Rusiya neftinə bir barel üçün 60 dollar qiymət limiti tətbiq etdi və bununla da bu səviyyədən yuxarı neftin daşınmasını və əlaqəli xidmətləri qadağan etdi.
Anar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью