İsveçrə Rusiyanın 8 saytına sanksiya tətbiq etdi

23.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İsveçrə hakimiyyəti Rusiyanın 8 media qurumunu sanksiyalar siyahısına əlavə edib.

"Cebheinfo.az" xəbər verir ki, bu, İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin saytında yerləşdirilən sənəddə əksini tapıb.

Bildirilib ki, “Lenta.ru” internet nəşri, “Zvezda” telekanalı, “Krasnaya Zvezda” qəzeti, “Eurasia Daily” saytı, “News Front” agentliyi, “SouthFront” saytı, “RuBaltic.ru” portalı və Strateji Mədəniyyət Fondu sanksiyalara məruz qalıb.

Sanksiyaların aprelin 23-də qüvvəyə minəcəyi gözlənilir. Sadalanan bütün media qurumları artıq Avropa İttifaqının (Aİ) fevral ayında qəbul etdiyi 16-cı sanksiyalar paketinə daxildir.

Nigar Hacılı
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью