Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveçrə Federal Şurası Avropa İttifaqının aprel ayında qəbul etdiyi Rusiyaya qarşı 20-ci sanksiya paketindən irəli gələn əlavə tədbirlərin tətbiqi barədə qərar qəbul edib. Bu barədə qurumun yaydığı press-relizdə bildirilir.
Qeyd olunur ki, yeni tədbirlər avqustun 20-dən qüvvəyə minəcək. Məhdudiyyətlər LNG, ixrac və maliyyə sektorlarını əhatə edir.
Qurumun məlumatına görə, Rusiyada LNG tankerlərinə və buzqıran gəmilərə, eləcə də LNG terminallarına texniki xidmət göstərilməsinə qadağa qoyulur. Bundan sonra Rusiyaya tanker satışı da qadağan ediləcək. Tankerlərin üçüncü ölkələrə satışına dair müqavilələrdə onların Rusiyaya yenidən satılmasını qadağan edən müddəa olmalıdır.
Ticarət sahəsində sanksiyalar əvvəllər tətbiq edilmiş məhdudiyyətlərin yan keçilməsinin qarşısını almaq məqsədilə yeni sistemin tətbiqini nəzərdə tutur.
İsveçrə hakimiyyəti, həmçinin kriptoaktivlərin köçürülməsi və mübadiləsi üçün Rusiya platformalarından istifadəyə qadağa qoyur. Bundan əlavə, Federal Şura rəqəmsal rubl kimi Rusiya kriptovalyutalarının hazırlanmasına dəstək göstərilməsini də qadağan edib.
Bununla yanaşı, İsveçrə şirkətlərinin müdafiəsi üçün əlavə tədbirlər də qəbul edilib. Bu tədbirlər əqli mülkiyyət hüquqlarının qorunmasına və Rusiyada çıxarılan məhkəmə qərarlarından müdafiənin təmin edilməsinə yönəlib.
S.ELAY
XQ