İsveçrə səfiri Nizami Gəncəvi muzeyini ziyarət edib

25.06.2026

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İsveçrə Konfederasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Thomas Stähli və ailə üzvləri Nizami Gəncəvi Muzeyinə qeyri-rəsmi ziyarət ediblər.
Newscenter.az xəbər verir ki, ziyarət zamanı qonaqlar muzeyin ekspozisiyası ilə yaxından tanış olub, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi irsi, həyat və yaradıcılığı haqqında ətraflı məlumat əldə ediblər. Muzeyin müdiri Teymur Əliyev rəhbərlik etdiyi mədəniyyət ocağının fəaliyyəti ilə bağlı diplomatı ətraflı şəkildə məlumatlandırıb.
Səmimi şəraitdə keçən görüş zamanı qonaqlar muzeyin fəaliyyəti və burada yaradılmış şəraitdən məmnunluqlarını ifadə ediblər.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью