Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
“Qafqazinfo” xəbər verir ki, bu gün İsveçrə Qətərlə qarşılaşıb.
“San Fransisko Bay Area” stadionunda keçirilən B qrupunun matçında 1:1 hesablı heç-heçə qeydə alınıb.
Hesabı 17-ci dəqiqədə avropalılar açıblar. Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib. Qətər 90+4-cü dəqiqədə Bualem Kuxinin qolu ilə məğlubiyyətdən xilas olub.
Bu qrupun Kanada – Bosniya və Herseqovina oyunu da 1:1 hesabı ilə yekunlaşıb.
DÇ-2026
B qrupu
İsvçerə – Qətər 1:1
Qollar: Embolo, 17-pen – Kuxi, 90+4