İsveçrə Suriya müxalifət liderini danışıqlara buraxa bilər

17.12.2024

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

İsveçrə Suriyadakı silahlı müxalifətin lideri  Əbu Məhəmməd əl-Culaninin danışıqlar üçün ölkəyə daxil olmasına icazə verə bilər.
Demokrat.az
xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Sanksiyaya məruz qalan şəxslərin İsveçrəyə daxil olmasına və ya tranzit keçməsinə icazə verilmir. Ancaq diplomatik və ya tibbi səbəblərə görə istisnalar olur”, - deyə xidmətin sözçüsü bildirib.
Onun sözlərinə görə, hər bir işə fərdi baxılır.
Əfsanə Kamal
Demokrat.az

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью