İsveçrə suriyalılara sığınacaq verilməsini dayandırıb

10.12.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsveçrə hökuməti suriyalılara sığınacaq verilməsini dayandırıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, İsveçrə hökuməti Suriyada son baş verənlərdən sonra ölkədəki vəziyyət yaxşılaşana qədər suriyalılara sığınacaq verilməsi prosedurlarını dayandırdığını bildirib.

Miqrasiya üzrə Dövlət Katibliyi bildirib ki, Suriyadan olan qaçqınlar üçün sığınacaq verilməsi prosedurlarını və qərarları vəziyyətin yenidən qiymətləndirilməsinə qədər dayandırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью