İsveçrə Ukraynaya 30 dizel generatoru göndərib

19.09.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveçrə Ukraynaya enerji təminatının gücləndirilməsi məqsədilə 30 dizel generatoru bağışlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Energetika Nazirliyinin məlumatına görə, sentyabrın ilk yarısında İsveçrənin dəstəyi ilə nazirliyin mərkəzi anbarlarından generatorlar Kiyev şəhəri, Kiyev, Poltava, Odessa və Çerkası vilayətlərinə çatdırılıb.

Məlumata görə, avadanlıqlar enerji təchizatında yarana biləcək fasilələrin qarşısının alınması və fövqəladə hallarda elektrik enerjisinin təmin edilməsi üçün istifadə olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью