İsveçrə Ukraynaya yardım təklifini rədd edib

19.03.2025

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, İsveçrə ölkə parlamentinin saytında yerləşdirilən məlumata istinadən Rusiyanın “TASS” agentliyinni yazdığına görə, sözügedən təkliflərin əleyhinə 111 şura deputatı, lehinə 73 deputat səs verib, 4 deputat isə bitərəf qalıb.
“Sosial-Demokratlar və Yaşıl Liberallar sırasından olan təşəbbüskarlar İsveçrənin bir sıra ölkələrə ayırdığı humanitar yardım fondlarından Ukraynaya əlavə vəsaitin ayrılmasını müdafiə ediblər. Söhbət təxminən 4,8 milyard İsveçrə frankdan (5,5 milyard dollar) gedir”, - nəşr bildirir.
MŞ-nin Xarici Əlaqələr Komitəsi qeyd edib ki, hökumət 2028-ci ilə qədər az inkişaf etmiş ölkələrə yardım proqramları çərçivəsində Ukraynaya artıq 1,5 milyard frank (1,7 milyard dollar) məbləğində kredit verib. Komitənin nöqteyi-nəzərindən, bu öhdəliklər fonunda yeni təkliflər izafi xərclər deməkdir.
İsveçrənin Xarici İşlər naziri İqnazio Kassisin sözlərinə görə, hər iki təklif parlamentə iki il əvvəl daxil olub, o vaxtdan bəri isə İsveçrə hakimiyyəti artıq Kiyevə xeyli vəsait ayırıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью