İsveçrə vətəndaşının İran həbsxanasında öldüyü təsdiqlənib

10.01.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsveçrə hökuməti vətəndaşının İranın Semnan şəhərindəki həbsxanada öldüyünü təsdiqləyib.

Bakıvaxtı.az xarici KİV-inə istinadən xəbər verir ki, bunu İsveçrənin Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Nazirlikdən bildirilib ki, İsveçrənin Tehrandakı səfirliyi vəziyyəti araşdırmaq məqsədilə İslam Respublikası hökumətinin nümayəndələri ilə təmasdadır.

Həbsxanada müəmmalı şəklidə ölən şəxsin kimliyi barədə məlumat yayılmayıb.

Semnan əyalətinin məhkəməsindən isə bildirilib ki, İranda “casusluq” ittihamı üzrə həbs olunan İsveçrə vətəndaşı həbsxanada intihar edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью