İsveçrədə 30 dan çox avtomobilin iştirakı zəncirvari qəza: Xəsarət alanlar var

27.11.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

İsveçrənin Lindau bələdiyyəsində, A1 avtomagistralının Sankt-Qallen istiqamətində 35-dən çox avtomobilin iştirakı ilə baş verən qəza nəticəsində 10 nəfər xəsarət alıb.

Avtosfer.az Zh.ch-yə istinadən xəbər verir ki, bu barədə Sürix polisinin bəyanatında bildirilir.

Qeyd olunub, səhər saatlarında bir neçə toqquşma baş verib. Qəzalarda ümumilikdə 23 minik avtomobili, 6 furqon və 8 yük maşını iştirak edib. Qəza nəticəsində zədələnən avtomobillərin böyük hissəsini təxliyə etmək lazım gəlib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, altı nəfər yüngül, dörd nəfər isə orta ağır xəsarətlər alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью