İsveçrədə baş vermiş otel yanğınında ölənlərin sayı artıb

02.02.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 fevral, AZƏRTAC

İsveçrənin Vale kantonunda yerləşən Krans-Montana dağ-xizək mərkəzində yanğında xəsarət alan daha bir şəxs dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, hadisə zamanı ağır yanıq xəsarətləri alan 18 yaşlı İsveçrə vətəndaşı Sürix xəstəxanasında dünyasını dəyişib. Bununla da yanvarın 1-də "Constellation Bar"da baş vermiş yanğında ölənlərin sayı 41 nəfərə çatıb. 115 nəfər isə xəsarət almış hesab edilir.

Bu günlərdə yanğın baş vermiş otellə bağlı yeni təfərrüat ortaya çıxıb. “Nouvellist” qəzetinin əldə etdiyi sənədlərə əsasən faciənin baş verdiyi "Constellation Bar" otelinin yanğın təhlükəsizliyi sonuncu dəfə 10 il əvvəl yoxlanıb. Kantondakı 110 oxşar tipli müəssisədən ötən il cəmi 38-i təftiş edilib. Qəzet iddia edir ki, yanğın təhlükəsizliyi üzrə yoxlamalar səthi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью