İsveçrədə bütün ictimai nəqliyyat pulsuz oldu Səbəbi isə...

14.08.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstixana qazı emissiyalarını azaltmaq üçün Cenevrədə bütün ictimai nəqliyyat müvəqqəti olaraq pulsuz edilib.

"Unikal" xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat dərc edib. 

"Bu fövqəladə hal protokolu çərçivəsində tətbiq edilən tədbirlər ictimai nəqliyyatdan istifadəni təşviq etmək və ən çox çirkləndirici olan avtomobillərin hərəkətini məhdudlaşdırmaq məqsədi daşıyır", - hökumətin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu gündən etibarən Cenevrədə bütün ictimai nəqliyyatda sərnişinlərdən bilet tələb olunmayacaq. Şəhərdə havanın keyfiyyəti normallaşdıqdan sonra ictimai nəqliyyat ödənişli olacaq. 

Gülayə Mecid


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью