İsveçrədə buzlaq uçqunu kəndi yox etdi

29.05.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

İsveçrənin Alp dağlarından qopan buzlaq parçasının səbəb olduğu sürüşmə nəticəsində bir kəndin yox olduğu bildirilib.
Xalqcebhesi.az xəbər verir ki, İsveçrənin Valais kantonunda yerləşən Lötschental vadisindəki ‘Blatten’ adlı kənd, Alp dağlarından qopan buzlaq parçasının yaratdığı torpaq sürüşməsi nəticəsində məhv olub.
Rəsmilər 1 nəfərin itkin düşdüyünü bildirərək, 200 nəfərlik əhalisi olan kəndin 19 may tarixində ehtiyat tədbiri olaraq təxliyə edildiyini açıqlayıblar.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью