Avtosfer saytına istinadən Icma.az xəbər verir.
İsveçrənin Qraubünden kantonunda turist avtobusunun iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həyatını itirib, 40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Avtosfer.az verir ki, bu barədə yerli polisdən rəsmi məlumat verilib.
"Dünən axşam saatlarında Suş bölgəsində avtobusun qəzaya uğraması səbəbindən 5 nəfər ölüb, 40 nəfər yaralanıb", - deyə açıqlamada bildirilir.
Xəsarət alan şəxslər 7 xilasedici helikopter və 13 təcili tibbi yardım avtomobili vasitəsilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Həyatını itirənlərin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, qəzaya düşən nəqliyyat vasitəsi Niderlandda qeydiyyatdan keçib.