İsveçrədə hidroelektrik stansiyada partlayış, ölənlər var

10.09.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən səhər saatlarında Piotta şəhərindəki "Ritom" hidroelektrik stansiyasında partlayış baş verib.

525.az xəbər verir ki, partlayış nəticəsində bir neçə nəfər yaralanıb.

1917-ci ildə istifadəyə verilmiş stansiyada bir müddət əvvəl yenidənqurma işləri başlanmışdı. Az əvvəl yeni avadanlıq quraşdırılmış müəssisədə işlərin bir neçə aya yekunlaşdırılması nəzərdə tutulmuşdu. Partlayışın stansiyanın tikinti sahəsində olduğu bildirilir. Qəzanın səbəbi kimi transformatorda olan nasazlıq göstərilir. Ərazidə helikopterdən də istifadə olunmaqla axtarış-xilasetmə əməliyyatı aparılır.

Yeri gəlmişkən, dünən axşama olan məlumata görə xəsarət almış işçilərdən ikisi dünyasını dəyişib.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью