İsveçrədə İran, ABŞ, Pakistan və Qətər arasında danışıqların ilk raundu başa çatdı VİDEO

21.06.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

İsveçrənin məşhur Bürgenştok (Bürgenstock) kurortunda İran, ABŞ, Pakistan və Qətər rəsmilərinin iştirakı ilə yüksək səviyyəli dördtərəfli danışıqların ilk raundu yekunlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İranın "Press TV" telekanalı yayıb.
Xatırladaq ki, sözügedən dördtərəfli sammit bu gün — bazar günü, iyunun 21-də işə başlayıb. Tərəflər regional sabitlik, dəniz blokadasının aradan qaldırılması və dondurulmuş aktivlərin bərpası üzrə əldə olunmuş memorandun şərtlərini və texniki detalları müzakirə edirlər.
İsveçrədə keçirilən görüşlərin əhəmiyyətini nümayəndə heyətlərinin tərkibi də təsdiq edir. Danışıqlarda tərəflər ən yüksək siyasi səviyyədə təmsil olunurlar:
İran nümayəndə heyəti: Görüşlərdə İran İslam Şurası Məclisinin (parlament) sədri Məhəmməd Baqir Qalibaf, Xarici İşlər naziri Abbas Araqçi və nazirliyin rəsmi nümayəndəsi Esmail Baqai iştirak edir.
 

ABŞ nümayəndə heyəti: Vaşinqtonu danışıqlarda ABŞ vitse-prezidenti Cey Di Vens (JD Vance), həmçinin xüsusi elçilər Stiv Uitkoff (Steve Witkoff) və Cared Kuşner (Jared Kushner) təmsil edirlər.


Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən görüşlərin növbəti günlərdə formalaşdırılmış xüsusi texniki işçi qrupları səviyyəsində davam etdirilməsi nəzərdə tutulur. Rəsmi Doha və İslamabad ilk raundun yekunlarını müsbət qiymətləndirərək, tərəflərin diplomatik həll yollarına sadiqliyini nümayiş etdirdiyini vurğulayıblar.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью