İsveçrədə konfetti topunun partlaması nəticəsində 11 nəfər xəsarət alıb

15.02.2026

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsveçrənin Şabl kəndində keçirilən karnavalda rəngarəng konfetti səpələyən topun kompressoru partlayıb.

Oxu.Az RTS teleradio şirkətinə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb.

Qeyd olunub ki, yaralananlardan biri ciddi xəsarətlər alıb və o, helikopterlə xəstəxanaya çatdırılıb. Digər təfərrüat barədə məlumat verilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью