Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu barədə Aarau kanton polisi "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.
Yaralananlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Hücumdan sonra genişmiqyaslı əməliyyata başlayan hüquq-mühafizə orqanları hadisəni törədən şəxs və ya şəxslərin axtarışını davam etdirir.
"Hadisənin mümkün motivləri və dəqiq təfərrüatları hələlik məlum deyil", — deyə polis nümayəndəsi bildirib.
Yerli media hadisə yerindən təxminən 10 güllə səsinin eşidildiyi kadrlar yayımlayıb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, axtarış işlərinə hərbi helikopter də cəlb olunub. Polisin çağırışına əsasən, sakinlərə hadisə zonasından uzaq durmaq tövsiyə edilib.