525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kersers şəhərində mikroavtobusun yanması nəticəsində azı 6 nəfər həlak olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə dünən axşam saatlarında baş verib.
Poçt daşıma xidməti ilə məşğul olan "PostBus" kompaniyasına məxsus mikroavtobus tamamilə yanıb. Hadisə yerinə gələn xilasedicilər 3 nəfəri ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Daha 2 nəfərin xəsarətləri yüngül olduğundan yerində tibbi yardım alıb.
Yerli polisdən verilən məlumata görə, nəqliyyat vasitəsinin qəsdən yandırılması ehtimalı böyükdür. Hər halda araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
L.Tağıyeva