İsveçrədə qar uçqunu bütöv bir kəndi yer üzündən sildi

29.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

İsveçrədə Alp dağlarındakı qar uçqunu torpaq sürüşməsi ilə nəticələnib.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Vale kantonunun Löçental vadisində yerləşən Blatten kəndində baş verib.

Təbiət hadisəsi nəticəsində kənd bütövlüklə məhv olub. Səlahiyyətlilər 1 nəfərdən xəbər alınmadığını açıqlayıblar.

Bildirilir ki, 200 nəfər əhalisi olan kənd ehtiyat tədbiri olaraq mayın 19-da boşaldılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью