İsveçrədə su istifadəsi məhdudlaşdırılıb

15.08.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveçrə hakimiyyəti şiddətli quraqlıq səbəbindən bir neçə kantonda su istifadəsini məhdudlaşdırıb

İsveçrə hakimiyyəti şiddətli quraqlıq səbəbindən bir neçə kantonda su istifadəsini məhdudlaşdırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Blick” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ölkə həddindən artıq quraqlıqla üzləşir və vəziyyət getdikcə daha da kritikləşir. Suyun səviyyəsi azalır, çaylar quruyur və fermerlər quru otlaqlarla üzləşirlər. İsveçrədə maksimum quraqlıq riski elan edilib.

Bildirilib ki, bir çox çay və göllərdə suyun səviyyəsi tarixi minimum səviyyəyə çatıb. Yeraltı suların səviyyəsi də oxşar vəziyyətdədir. Demək olar ki, bütün kantonlar suyun qorunması tədbirləri görüb.

Vəziyyət bəzi bölgələrdə xüsusilə ciddidir. Aargau kantonundakı bir çox bələdiyyə sakinlərini suya qənaət etməyə çağırır. Kantonun cənubunda və qərbində isə sakinlərə hovuzları və qazonları suvarmaqdan, eləcə də maşınları yumaqdan çəkinmək tövsiyə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью