Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
İran Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi üçün mexanizmin yaradılması ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib. Məlumata görə, İsveçrədə keçirilən danışıqlarda irəliləyiş qeydə alınıb və texniki qruplar işini davam etdirir. Qətər və Pakistan da görüşlərin konstruktiv atmosferdə keçdiyini, yüksək səviyyəli koordinasiya komitəsinin yaradılması barədə razılıq əldə olunduğunu açıqlayıb. Bəyanatda münaqişələrin qarşısının alınması üçün ayrıca mexanizmin yaradılması da nəzərdə tutulur.
Tərəflər əvvəlki razılaşma çərçivəsində müharibənin dayandırılması, Hörmüz boğazının açılması və dəniz blokadasının ləğvi kimi maddələrin də müzakirə olunduğunu bildiriblər.