Icma.az, 525.az portalına istinadən məlumat verir.
İsveçrədəki Krans-Montana xizək kurortunda Yeni il şənlikləri zamanı 40 nəfərin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə prosesi İsveçrə ilə İtaliya arasında gərginliyə səbəb olub.
525.az xəbər verir ki, İtaliya vətəndaşları da daxil olmaqla 40 nəfərin ölümünə səbəb olan yanğının baş verdiyi Krans-Montana şəhərindəki barın sahiblərindən biri olan C.Morettinin girov müqabilində azadlığa buraxılması İtaliyada qəzəblə qarşılanıb.
Diplomatik addım olaraq, İtaliya hökuməti yanvarın 24-də İtaliyanın Berndəki səfiri Cian Lorenzo Kornadonu Romaya geri çağırıb.
Qeyd edək ki, baş nazir Corca Meloni də daxil olmaqla bir çox siyasətçi sosial mediada Morettinin həbsinin ləğvinə sərt reaksiya verib.
L.Tağıyeva