İsveçrənin ölkəmizə qarşı qəbul etdiyi qətnamə digərləri kimi kağız parçasından başqa bir …
Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"İsveçrənin ölkəmizə qarşı qəbul etdiyi qətnamə digərləri kimi kağız parçasından başqa bir şey deyil" - Emil Əkbərov "İsveçrə parlamentinin aşağı palatasının ölkəmiz qarşı qəbul etdiyi qətnamə iki ölkə arasındakı dostluq əlaqələrinə zərbədi".
Bunu Sonxeber.az-a danışan "BİG Media"MMC-nin direktoru Emil Əkbərov bildirib.
Emil Əkbərov qeyd edib ki, qətnamədə yer alanlar ölkəmizə atılan şər-böhtandan başqa bir şey deyil: "Görünür, İsveçrənin bu qətnaməni qəbul etməsində Fransanın rolu böyükdür.
Fransa açıq-aşkar qərb dövlətlərini Azərbaycana qarşı başlatdığı qərəzli kampaniya qoşulmağa məcbur edir. Məqsəd də aydındır.
Makron sadəcə öz ölkəsində itirdiyi nüfuzunu erməni lobbisinin gücü ilə yenidən bərpa etməyə çalışır.
İsveçrənin də Vətən müharibəsindən sonra bəzi qərb dövlətləri tərəfindən aparılan "səlib yürüşü"nə qoşulması bizi təəccübləndirmədi.
Son dövrlər qərbin ölkəmiz qarşı qəbul edilən qətnamələrin əsas məqsədi Cənubi Qafqazda bərpa edilən sabitliyi pozmaq və Azərbaycan-Ermənistan münasibətləri yenidən gərginləşdirməkdir".
Tam oxu
Xəbəri oxu