İsveçrəyə neft ixracı 3 dəfə artıb

22.08.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar–iyul aylarında Azərbaycandan İsveçrəyə 272 min 501,37 ton xam neft ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çox və ya 182 min 804,45 ton artım deməkdir.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, ixrac olunan xam neftin dəyəri 193 milyon 596,32 min dollar təşkil edib ki, bu da illik müqayisədə 3,6 dəfə və ya 139 milyon 738,47 min dollar çoxdur. 7 ayda İsveçrəyə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,14 faiz olub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью