Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Payızda Ermənistanda ağır proseslər gözlənilir.
“Cebheinfo.az”-ın məlumatına görə, müxalif “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan jurnalistlərə belə deyib.
Onun sözlərinə görə, hakimiyyət sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin bir hissəsi olaraq yeni ərazi güzəştlərinə hazırlaşır.
Saqatelyan qeyd edib ki, bununla bağlı onları narahat edən məsələlər hökumət dairələri tərəfindən inkar edilmir.
“Onlar hətta konstitusiyanı dəyişdirməyə hazırlaşırlar”, - deyə müxalifət nümayəndəsi bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin