İşxanyanın döyüşlərdə iştirakı ilə bağlı video yayıldı

19.05.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş olunub.

Axar.az xəbər verir ki, videomaterialda D.İşxanayanın döyüş yoldaşları və onu tanıyanlar təqsirləndirilən şəxs barədə danışırlar.

Alik Sərkisyan onun əlinə ilk silah götürənlərdən biri olaraq, ilk könüllülər dəstəsinin təsisçilərindən, həmçinin ilk bölük və tabor komandirlərindən biri olduğunu vurğulayıb:

“O, tarixi bir tapşırığı yerinə yetirib, bunu belə demək olar. Əlinə silah götürməklə, xalqın içində özünümüdafiə ideologiyasını yaymaqla, hamı üçün şəxsən nümunə kimi görünməklə tarixi bir vəzifəni yerinə yetirib”.

Videoda Movses Akopyan isə əminliklə deyib: “Erməni ordusunun yaradılmasının əsasını və ya bünovrəsini qoyanlardan biri bizim döyüş yoldaşımızdır – Davitdir”.

Videomaterialda Araz Köçəryan bildirib: “Bir gün təsadüfən qarşılaşdıq və təcübləndim, Davit İşxanyanın boyununda “sərkərdə Andranikin” medalyonu asılmışdı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью