İt əti satmaq istəyən kişi tutuldu

21.02.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Rusiyanın Krasnokamensk şəhərindən olan 52 yaşlı kişi evinin hamamında sahibsiz iti öldürdüyü üçün cəzalandırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “MK” məlumat yayıb.

Qeyd olunur ki, heyvanın dəhşətli zingiltisini eşidən qonşular dərhal polisə müraciət ediblər və cinayətin üstü açılıb.

Hüquq-mühafizə orqanları hadisəni onu hadisə yerində saxlayıblar. Həmin şəxs dindirilmə zamanı hərəkətini it əti satmaq niyyəti ilə izah edib.

Transbaykal Prokurorluğunun məlumatına görə, heyvana qarşı qəddarlıq edən şəxs öz günahını tam etiraf edib. Nəticədə o, 11 ay islah işləri cəzasına məhkum edilib. Onun qazancının 10%-i dövlət nəfinə tutulacaq.

Lalə, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью