Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Braziliyada ev iti hovuzda boğulmaq təhlükəsi ilə üzləşən iki yaşlı qızı xilas edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə Kuyaba şəhəri yaxınlığındakı Şapada-dus-Gimarayns şəhərində baş verib.
Uşağın anası Qladissa Filbidonun sözlərinə görə, ailə qohumlarının evində istirahət edirmiş. Qadın bir dilim tort götürmək üçün qısa müddətə hovuzun kənarından uzaqlaşıb.
Bu zaman iki yaşlı Mayte hovuzun pilləkənlərindən enərkən sürüşərək suya düşüb.
Teresa adlı qolden retriver cinsindən olan it dərhal hovuza atılıb. Uşaq itdən yapışaraq suyun üzərində qala bilib.
Ardınca anası və böyük bacısı hovuza yaxınlaşaraq azyaşlını sudan çıxarıblar.
Hadisə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Ana digər valideynləri su hövzələrinin yaxınlığında uşaqları nəzarətsiz qoymağın təhlükələri barədə xəbərdar etmək üçün görüntüləri sosial şəbəkələrdə paylaşıb.
Hadisə zamanı azyaşlı xəsarət almayıb.