İt pişik saxlayanların xərci artır Yeni rüsum

05.11.2026

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq.

Turkustan.az xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib.

Nazirlər Kabinetinin 09.03.2011-ci il tarixli 38 nömrəli qərarı ilə təsbit edilmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"na uyğun olaraq, ev heyvanlarının xarici ölkəyə aparılması müvafiq pasportun tərtib olunması ilə həyata keçirilir.

Bununla əlaqədar, 2024-cü ildə 2073, 2025-ci ildə isə 2114 müraciət üzrə baytarlıq pasportu təqdim olunub.

Həmin illərdə müraciət sayının, pasportun verilməsi üçün sərf olunan maliyyə resurslarının və digər xərclərin artması səbəbindən baytarlıq pasportunun verilməsi üçün dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması təklif edilir./oxu.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью