İt pişiklə təmas azyaşlını xəstəxanalıq etdi Ağciyərində EXİNOKOK aşkarlandı

24.07.2026

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycanda azyaşlıda ağır parazitar xəstəlik - ağciyər exinokoku aşkarlanıb.

“Bakupost” xəbər verir ki, bu barədə uşaq cərrahı Nigar Babayeva məlumat paylaşıb.

Onun sözlərinə görə, azyaşlı klinikaya ağır vəziyyətdə müraciət edib. Müayinələr zamanı uşağın ağciyərində exinokokk (qurd kisəsi) olduğu müəyyən edilib və o, cərrahi əməliyyata alınıb.

Həkim bildirib ki, xəstəliyə səbəb kimi uşağın həyətlərində olan it və pişiklərlə yaxın təmasda olması ehtimal edilir.

“Uşaq “ağciyər exinokoku” diaqnozu ilə klinikamıza daxil olmuşdu. Bu, çox ağır xəstəlikdir. Analar, övladlarınızı qoruyun”, - deyə N.Babayeva qeyd edib.

Lalə Novruz,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью