İt qumbaranı oyuncaq bilib evə gətirdi Fotolar

14.07.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Taylandın Sisaket bölgəsində it qumbaranı oyuncaq bilib evə gətirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mothership” nəşri məlumat yayıb. 

Bildirilib ki, itin sahibi xəstəxanadan evə qayıdarkən həyətində paslı, dəyirmi bir əşya tapıb. O, ilk olaraq bunun sümük və ya plastik olduğunu düşünüb, ancaq onu əlinə götürəndə üstündəki fitili görüb.

İtin sahibinin sözlərinə görə, heyvan bütün səhəri qumbaranı çeynəyərək oynayıb.

O, dərhal qumbaranı həyətindən çıxararaq səlahiyyətli şəxslərə xəbər verib.

Əraziyə gələn polis Çin istehsalı olan qumbaranın işlək vəziyyətdə olduğunu müəyyən edib və onu tarlaya apararaq zərərsizləşdirib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью