İt sahibini parçalayıb öldürdü Bakıda DƏHŞƏT

04.12.2024

Manset saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda it öz sahibini parçalayaraq öldürüb.

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 70 yaşlı Əliyev Yaqub Aydın oğlunun saxladığı "Alabay" cinsli itlər sahibinə hücum edib.

Səs-küyə qonşular gəlsələr də itlərin qarşısında aciz qalıblar.

Nəticədə itlər sahibini parçalayaraq öldürüb.

Müdaxilədən sonra itlər zərərsizləşdirilib.

Qonşuların bildirdiyinə görə Yaqub Əliyev biri erkək, biri dişi olmaqla 2 nəhəng it saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью