İT şirkəti 7 yaşlı oğlana iş təklif etdi

21.11.2024

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Rusiyada proqram təminatı şirkətlərindən biri Sankt-Peterburqdan olan yeddi yaşlı kodlaşdırma vunderkindi Sergeyi işə dəvət edib.

Axşam.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Şirkət uşağa korporativ təlim şöbəsinə rəhbərlik etməyi təklif edib.

Rusiya qanunlarına görə isə Sergey 14 yaşına qədər pullu vəzifədə çalışa bilməz. Bununla belə, qurumun baş direktoru artıq Sergeyin valideynləri ilə əməkdaşlıq üçün ideyalar axtarmağa başlayıb.

Qeyd edək ki, vunderkind proqramçı iki ildir onlayn təhsil proqramlaşdırma videoları dərc edir. "Python" və "Unity" dillərini, həmçinin neyron şəbəkələri öyrənməkdə maraqlı olan 3500-dən çox insan onun yutub kanalına abunə olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью