Icma.az bildirir, Lent az saytına əsaslanaraq. Ev heyvanınız stolun üzərindən şokolad konfetini götürüb yedimi?
Cəmi bir saat ərzində onun həyatı təhlükə altına düşə bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bunun səbəbi - teobromin adlı maddədir.
Bu maddə kakao dənələrində olur və insanlar üçün tamamilə təhlükəsizdir, lakin itlər üçün ölümcül təhlükə yarada bilər.
İtlərin orqanizmi teobromini tez metabolizə edə bilmir, nəticədə bu maddə qanda yığılır və zəhərlənməyə səbəb olur.
Zəhərlənmənin ilk əlamətləri Zəhərlənmənin ilk simptomları 30–60 dəqiqə ərzində üzə çıxır İt narahat olmağa başlayır. Sürətli nəfəs alır.
Güclü susuzluq yaranır Daha sonra aşağıdakı əlamətlər meydana gəlir Qusma İshal Əzələ titrəməsi Əgər it çox miqdarda şokolad yemişsə: Qıcolmalar baş verir Ürək ritmi pozulur Və təcili baytarlıq yardımı göstərilməzsə, bu ölümlə nəticələnə bilər Təhlükənin dərəcəsi hansı şokolad növündən asılıdır Tünd şokolad (70 faiz və daha çox kakao tərkibli): Hər 100 qramda təxminən 200 milliqram teobromin var.
10 kiloqramlıq bir it üçün cəmi 15–20 qram belə şokolad ölümcül ola bilər.