İt üçün xüsusi sifarişlə hazırlanmış Rolls Royce FOTO

17.10.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rolls-Royce” şirkətinin əməkdaşları üçün fərdi sifarişlərin icrası qeyri-adi hal deyil. İstehsalçı ilk fəaliyyətə başladığı dövrdən buna öyrəşib. Lakin, budəfəki sifariş fərqlidir.

Avtosfer.az  xəbər verir ki, amerikalı ailə öz iti üçün xüsusi avtomobil sifariş edib. Labrador cinsi iti çox sevən ailə onun üçün xüsusi maşın hazırlatdırıb. 


Bunun üçün “Spectre” modeli əsas götürülüb. Elektromobilin texniki göstəriciləri dəyişdirilməyib. Lakin kuzov itin rəngində boyadılıb. Arxa oturacaq heyvanın istirahəti üçün uyğunlaşdırılıb. 

PS. Bu yerdə böyük Seyid Əzimin məşhur şeiri yada düşür.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью