İtaliya 12 il sonra Ravanyanı bu ölkəyə səfir göndərdi

21.11.2024

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

İtaliya 12 illik fasilədən sonra Suriyaya səfir təyin edib.

Axar.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Diplomatik missiyaya əvvəllər İtaliya XİN-də Suriya böhranı üzrə xüsusi nümayəndə vəzifəsində çalışmış Stefano Ravanyan rəhbərlik edib.

Qeyd edək ki, İtaliyanın Suriyadakı səfirliyi 2012-ci ildə təhlükəsizlik məqsədilə boşaldılıb, lakin rəsmi olaraq bağlanmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью