İtaliya 2025ci ildə Ukraynaya dəstəyini davam etdirəcək

03.12.2024

Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya Respublikası Nazirlər Şurasının sədri Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökuməti Kiyevə 10-cu hərbi yardım paketi üçün fərman hazırlayır.

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, sözügedən fərman İtaliyaya 2025-ci il ərzində Kiyevə silah və texnika göndərməyə davam etməyə imkan verəcək.

Ən son yardım paketi iyul ayında İtaliyada təsdiqləndi və bu paket ikinci Samp-T hava hücumundan müdafiə sisteminin Ukraynaya göndərilməsini təmin etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью