İtaliya A Seriyası:

26.01.2025

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

İtaliya A Seriyasında XXII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Roma" səfərdə "Udineze"nin qonağı olub. Görüş paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Roma"nın qollarını Pelleqrini və Dovbik vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Lorenzo Luçça imza atıb.

Bu nəticədən sonra xallarını 30-a çatdıran "Roma" 9-cu pillədə qərarlaşıb. Udine klubu isə 26 xalla 11-ci yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью