Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 7 dekabr, AZƏRTAC
İtaliya A Seriyasında XV turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Atalanta" doğma meydanda "Milan"la qarşılaşıb. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində xallarını 34-ə çatdıran "Atalanta" birinci pilləyə yüksəlib. "Milan" isə 22 xalla 7-ci yerdə qalıb.