İtaliya A Seriyası: Atalanta səfərdə üç xal qazanıb

25.01.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 yanvar, AZƏRTAC

İtaliya A Seriyasında XXII turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Komo" doğma meydanda "Atalanta"nı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahiblərinin yeganə qoluna Niko Paz imza atıb. "Atalanta"ya üç xal gətirən qolları Mateo Retequi vurub.

Bu nəticədən sonra xallarını 46-ya çatdıran "Atalanta" 3-cü pillədə qərarlaşıb. "Komo" isə 22 xalla 13-cü yerdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью