İtaliya A Seriyası: İnter çempionluq yarışında vacib xallar itirdi

05.04.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İtaliya A Seriyasının 31-ci turunda "Parma" - "İnter" matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, matçda dörd qol vurulsa da, qalib müəyyən edilməyib - 2:2.

"İnter" ilk hissəni 0:2 öndə bitirsə də, qələbəni qoruyub saxlaya bilməyib.

Vacib iki xal itirən milanlılar 31 turdan sonra 68 xalla turnir cədvəlinə başçılıq edirlər. İkinci yerdə qərarlaşan "Napoli" liderdən dörd xal geridə olsa da, ehtiyatında bir oyun var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью