İtaliya A Seriyası: “İnter“ “Napoli“ ilə görüşdə geridönüş etdi

05.09.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya A Seriyasının 3-cü turunda "İnter" və "Napoli" komandaları qarşılaşıblar.

Moderator.az xəbər verir ki, qarşılaşma İtaliyanın Milan şəhərindəki "Cüzeppe Meatsa" stadionunda keçirilən görüş gərgin mübarizə ilə yadda qalıb.

Meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanıblar.

"Napoli"nin hücumçusu Matteo Politano 50-ci dəqiqədə hesabı açıb. Üç dəqiqə sonra Rasmus Hoylund qonaqların üstünlüyünü iki topa çatdırıb.

57-ci dəqiqədə "İnter"in hücumçusu Lautaro Martines fərqi azaldıb. 82-ci dəqiqədə Markus Türam hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə Lautaro Martines dubl edərək yekun hesabı müəyyənləşdirib.

İtaliya çempionatında üç oyundan sonra "İnter" 9 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. "Napoli" 3 xal qazanıb və 11-ci pillədə qərarlaşıb.

Növbəti matçında "İnter" sentyabrın 14-də doğma meydanda "Udineze" ilə qarşılaşacaq. "Napoli" isə bir gün əvvəl ev oyununda "Bolonya"nı qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью