İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24.01.2026

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İtaliya A Seriyasının 22-ci turunun oyunlarına "İnter" - "Piza" matçı ilə start verilib.

Oxu.Az xəbər verir ki, "San-Siro" stadionunda baş tutan görüş Milan təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb.

İtaliya A Seriyası: "İnter" rəqibini qol vurmağa peşman etdi

Birinci hissədə Stefano Moreo dubla imza ataraq, qonaqları hesabda önə çıxarsa da, "İnter" ardıcıl üç dəfə fərqlənə bilib. Pyotr Zelinski, Lautaro Martines və Françesko Espizoto qol müəllifləri olublar.

İkinci hissədə Françesko Dimarko, Anj-Yoan Bonni və Henrix Mxitaryan rəqib qapıçısını məyus edərək yekun hesabı müəyyənləşdiriblər - 6:2

Hesabında 52 xal olan "İnter" turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Piza" isə 14 xalla sonuncu, 20-ci yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью