İtaliya A Seriyası: İnter səfərdə Leççe ni darmadağın etdi

26.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İtaliya A Seriyasının 22-ci turunda "Leççe" və Milanın "İnter" komandalarının qarşılaşdığı oyun başa çatıb.

Oxu.Az xəbər verir ki, "İnter" səfərdə 0:4 hesabı ilə qalib gəlib.

Matçda hesabı 6-cı dəqiqədə Davide Frattezi açıb. 39-cu dəqiqədə qonaqların ikinci qolunu Lautaro Martines vurub. 57-ci dəqiqədə Denzel Dumfris, 61-ci dəqiqədə Mehdi Taremi hesabı 4:0-a çatdırıblar.

22 turdan sonra "İnter" A Seriyasının turnir cədvəlində 50 xalla 2-ci yerdədir. "Leççe" isə 20 xalla 17-ci yerdə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью