Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 11 may, AZƏRTAC
İtaliya A Seriyasında 36-cı turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "İnter" səfərdə "Torino" ilə qarşılaşıb. Görüş Milan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xallarını 77-yə çatdıran "İnter" ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə eyni xala malik "Napoli" başçılıq edir.