İtaliya A Seriyası: Latsio Atalanta ilə bacarmadı

29.12.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliya A Seriyasında 18-ci turun maraqlı qarşılaşması baş tutub.

Oxu.Az xəbər verir ki, Romada "Latsio" "Atalanta"nı qəbul edib.

"Olimpiko" stadionunda keçirilmiş matç 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesab 27-ci dəqiqədə açılıb. "Latsio"nun yarımmüdafiəçisi Fisayo Dele-Başiru fərqlənib. 88-ci dəqiqədə isə Marko Breşianini hesabı bərabərləşdirib.

Bu nəticədən sonra "Latsio" 18 matçda 35 xal toplayıb və A Seriyasında dördüncü yerdədir. "Atalanta" isə eyni sayda matçdan 41 xal toplayaraq yarış cədvəlinə başçılıq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью